
BAKI, 21 mart. TELEQRAF
Türkiyə xarici işlər naziri Hakan Fidan ölkəsinin Ukraynadakı münaqişənin həlli üçün atəşkəs istiqamətində atılan addımları alqışladığını bildirib.
Teleqraf xəbər verir ki, XİN rəhbəri bu barədə Ankarada macarıstanlı həmkarı Peter Siyarto ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
"Türkiyə və Macarıstan Ukraynadakı müharibənin nəticələrini kəskin şəkildə hiss edən iki ölkədir. Biz bu münaqişənin həlli üçün dialoq və diplomatiyanın tərəfdarı olmuşuq. Hər iki ölkə tərəfindən atəşkəs istiqamətində atılan addımları alqışlayırıq. Düşünürük ki, bu prosesi dəstəkləmək vacibdir. Ümid edirik ki, nəticədə tam və hərtərəfli atəşkəs təmin olunacaq, daimi sülhə nail olmaq üçün proses başlayacaq", - Fidan qeyd edib.
Nazir əlavə edib ki, Türkiyə Ukrayna münaqişəsinin həlli üçün səylərini və hər iki tərəflə əlaqələri davam etdirəcək.