
BAKI, 21 mart. TELEQRAF
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) on il ərzində ABŞ iqtisadiyyatına 1,4 trilyon dollar həcmində sərmayə qoymağı öhdəsinə götürüb.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyinə Ağ Evin nümayəndəsi məlumat verib.
BƏƏ hakimiyyəti bu həftə ölkə nümayəndə heyəti ilə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüşdən sonra bu qərarı verib. Ağ Ev sözçüsü vurğulayıb ki, yeni sazişlər BƏƏ-nin enerji, süni intellekt və istehsalat sahələrində ABŞ iqtisadiyyatına investisiyalarını əhəmiyyətli dərəcədə artıracaq.