GƏNCƏ, 21 mart. TELEQRAF

Naməlum şəxslər Xalq artisti Şahnaz Haşımovanın adından istifadə edərək ayrı-ayrı vətəndaşlardan pul istəyiblər.

Bu barədə Teleqraf-ın Gəncə bürosuna xalq artistinin özü məlumat verib.

"Mənim adımdam istifadə edərək vətəndaşlara zəng edib pul istəyirlər. Bu kimi zənglərə, müraciətlərə inanmayın. Polisə müraciət edəcəyəm. Mənim adımdan istifadə edib, pul almaq istəyən şəxs tapılıb məsuliyyətə cəlb olunmalıdır"- deyə, xalq artisti bildirib.