
BAKI, 21 mart. TELEQRAF
Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebekka Qrinspan martın 24-də Rusiyaya səfər edəcək.
Teleqraf xəbər verir ki, BMT Baş katibinin sözçüsü Farhan Haq məlumat verib.
Onun sözlərinə görə, səfərin məqsədi BMT ilə Rusiya arasında ərzaq təhlükəsizliyi sahəsində anlaşma memorandumunun icrasının gedişatını müzakirə etməkdir.