
BAKI, 21 mart. TELEQRAF
İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu ibtidai istintaqa ilk ifadəsini verib.
Teleqraf xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilir ki, Əkrəm İmamoğlu ona qarşı irəli sürülən ittihamları rədd edib.
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılması ilə bağlı istintaq davam edir.
Əməliyyat çərçivəsində indiyədək 106 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.