BAKI, 21 mart. TELEQRAF

Martın 22-də Ramazan ayının iyirmi ikinci günüdür.

Teleqraf xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən Bakıda imsak saat 05:14-də, iftar isə saat 19:09-dadır.

Digər şəhər və rayonlar üçün Bakı vaxtına əlavə edilən dəqiqələr:

Ağdam-Bərdə-Füzuli-Oğuz-Qax-Mingəçevir-Yevlax +11, Ağdaş-Ağcabədi-Beyləqan +10, Ağstafa-Babək-Culfa +18, Astara-Salyan-Şirvan-Qusar-Şabran-Xaçmaz +4, Ağdərə-Balakən-Qubadlı-Xankəndi-Xocalı-Xocavənd-Şuşa +13, Cəlilabad-Saatlı-Sabirabad-Kürdəmir-Şamaxı-İsmayıllı +6, Gəncə-Göygöl-Laçın +14, İmişli-Lerik +7, Kəlbəcər-Daşkəsən-Şəmkir-Zaqatala-Zəngilan +15, Qazax +19, Qəbələ-Göyçay-Ucar-Yardımlı +8, Lənkəran-Masallı-Biləsuvar-Quba +5, Naxçıvan-Şahbuz-Şərur +18, Neftçala-Siyəzən-Qobustan +3, Sumqayıt +1, Şəki-Tərtər-Göranboy-Cəbrayıl +12, Tovuz-Gədəbəy-Ordubad +16, Zərdab +9

İftardan qabaq oxunan dua:

İlahi, sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və sənə təvəkkül edirəm. Həqiqətən, sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla!

Ramazan ayının 22-ci gününün duası

"Allahumməftəh li fihi əbvabə fəzlik. Və ənzil əleyyə fihi bərəkatik. Və vəffiqni fihi limucibati mərzatik. Və əskinni fihi buhbuhati cənnatik. Ya mücibə də-vətil-muztərrin".

Tərcüməsi:

"İlahi, bu gün fəzilət və lütf qapılarını üzümə aç, bərəkətlərini mənə göndər. Bu gün sənin razılığına səbəb olan işlərdə məni müvəffəq et, məni cənnətin ən yaxşı yerində sakin et. Ey biçarələrin duasını qəbul edən, Allah!"

Qeyd edək ki, sabah Ramazanın üçüncü qədr gecəsidir.

Növbəti qədr gecəsi 26 mart tarixinə təsadüf edəcək.

Martın 30-da isə fitr bayramı qeyd olunacaq.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramıdır.