
GƏNCƏ, 21 mart. TELEQRAF
Gəncə şəhərində mənzildə partlayış olub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.
İkin məlumata görə, qaz balonunun partlaması nəticəsində 30 yaşlı A. Ələkbərov və 1966-cı il təvəllüdlü A.Ələkbərova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hər iki yaralı xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyətləri orta ağırdır.