BAKI, 21 mart. TELEQRAF

Avropada təhlükəsizlik sisteminin formalaşması yalnız Rusiya və Türkiyənin iştirakı ilə mümkündür.

Teleqraf xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto türkiyəli həmkarı Hakan Fidan ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib.

O vurğulayıb ki, Macarıstanın bu məsələdə mövqeyi aydındır.

"Avropada sülh şəraitində yaşama imkanı təmin edəcək təhlükəsizlik arxitekturası yalnız Rusiya və Türkiyə daxil edildikdə müzakirə edilməlidir", - Siyarto qeyd edib.

XİN rəhbərinin sözlərinə görə, Avropada əks-mövqe tutan ideoloji fanatiklər var, amma onlar reallığı zəif başa düşürlər.

Siyarto əlavə edib ki, Avropada təhlükəsizlik sisteminin yenilənməsində bütün qitə ölkələri iştirak etməlidir.