BAKI, 21 mart. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Qətər əmiri Təmim bin Həməd Al Tani ilə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Tərəflər bu yaxınlarda Dohada keçirilmiş ikitərəfli Hökumətlərarası Komissiyanın iclasının nəticələrini nəzərə alaraq Rusiya-Qətər əməkdaşlığının daha da inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.

Söhbət zamanı Qəzza zolağında hərbi əməliyyatların yenidən başlanmasından narahatlıq ifadə olunub.

Putin həmçinin Qətər rəhbərliyini və xalqını Ramazan ayı münasibətilə təbrik edib.