BAKI, 21 mart. TELEQRAF

Ukraynadakı münaqişənin həlli çərçivəsində təhlükəsizlik təminatı məsələsi hazırda müzakirə mərhələsindədir və hələ öz həllini tapmayıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada macarıstanlı həmkarı Peter Siyarto ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında bildirib.

XİN rəhbəri qeyd edib ki, müzakirə mövzularına naviqasiyanın təhlükəsizliyi, enerji obyektlərinə hücumlardan çəkinmək və əsirlərin mübadiləsi kimi məsələlər daxildir.

"Rusiya və Ukrayna arasındakı müharibə kontekstində bu gün biz elə bir nöqtəyə gəldik ki, yeni Amerika administrasiyası sülh gündəmini irəli sürür və bu, əlbəttə ki, regionumuz və bütün bəşəriyyət üçün müsbət haldır. Ümid edirik ki, tərəflər mümkün qədər tez bir zamanda daimi atəşkəs haqqında razılığa gələcəklər”, - Hakan Fidan vurğulayıb.