
BAKI, 21 mart. TELEQRAF
Britaniya taxt-tacının varisi Şahzadə Vilyam Rusiya ilə sərhəd yaxınlığında yerləşən NATO-nun Estoniyadakı hərbi bazasına baş çəkib.
Teleqraf xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Vilyam martın 21-də Rusiya sərhədindən bir neçə saatlıq məsafədə yerləşən NATO-nun Estoniyadakı ən böyük bazası Tapaya gəlib. Şahzadə orada "Kabrit" adlı təlimdə iştirak edib.
Şahzadə kamuflyaj geyinib. Daha sonra isə qoruyucu dəbilqə və eynək taxaraq, "Warrior" piyada döyüş maşınını bə "British Challenger 2" tankını sınaqdan keçirib.