
BAKI, 21 mart. TELEQRAF
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç CHP sədri Özgür Özəlin vətəndaşları küçələrə çıxmağa çağırmasını tənqid edib.
Teleqraf xəbər verir ki, nazir bunu İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu da daxil olmaqla 106 nəfərin həbsi ətrafında baş verənlərə münasibət bildirərkən qeyd edib.
"Davam edən hüquqi proses var. Biz “dövləti cinayət təşkilatı kimi idarə edirlər” sözlərini rədd edirik. Türkiyə Cümhuriyyəti hüquqi dövlətdir. Biz bu bəyanatları qəti şəkildə rədd edirik. Onların tutduqları bu yol qətiyyən doğru yol deyil", - Tunç vurğulayıb.
Daha əvvəl CHP sədri Özgür Özəl Əkrəm İmamoğlunu dəstəkləmək üçün istanulluları küçələrə çağırıb.