BAKI, 21 mart. TELEQRAF

"Martın 21-ni baharın və qardaşlığın bayramı kimi qeyd etməyə hazırsınızmı? Mən də bunu parlamentə təqdim etməyə hazıram".

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Haliç Konqres Mərkəzində keçirilən “21 Mart Novruz Bayramını Anma Proqramı”nda çıxışı zamanı deyib.

"May ayında Macarıstanda keçirəcəyimiz sammitdə Novruz bayramının türk dünyasının ortaq bayramı kimi qeyd olunmasını təklif edəcəyik. Qardaşlarımızın da razılığı ilə 21 Mart türk dünyasının ortaq bayramı kimi birliyimizə, həmrəyliyimizə xidmət edəcəkdir" - Ərdoğan bildirib.