
BAKI, 20 mart. TELEQRAF
Rusiya prezidenti Vladimir Putin Suriyanın yeni rəhbəri Əhməd əl-Şaraya mesaj göndərib .
Teleqraf xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov “RİA Novosti”yə açıqlamasında bildirib.
"Rusiya prezidenti Vladimir Putin Suriya dövlətinin başçısı Əhməd əl-Şaraya mesaj göndərib və mesajda o, ölkənin suverenliyinin təmin edilməsi maraqları naminə Suriyada vəziyyətin tez bir zamanda sabitləşdirilməsi səylərini dəstəkləyib", - Peskov vurğulayıb.