
BAKI, 17 mart. TELEQRAF
ABŞ Ədliyyə Departamenti Avropa rəsmilərinə ölkənin Rusiyanın Ukraynaya təcavüzünə görə məsuliyyət daşıyanların əməllərini araşdırmaq üçün yaradılmış çoxmillətli beynəlxalq qrupdan çıxması barədə gizli məlumat verib.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) vəziyyətlə tanış olan mənbələrə istinadla məlumat yayıb.
“ABŞ-nin 2023-cü ildə qoşulduğu Ukraynaya qarşı təcavüzə dair cinayətləri təqib edən beynəlxalq qrupdan çıxmaq qərarı Tramp administrasiyasının keçmiş Prezident Baydenin Putini ukraynalılara qarşı törədilən cinayətlərə görə şəxsən məsuliyyətə cəlb etmək öhdəliyindən uzaqlaşdığına dair son işarədir”, - nəşrin həmsöhbəti bildirib.
Qrup Rusiya hakimiyyətini, habelə onun Belarus, Şimali Koreya və İrandakı müttəfiqlərini beynəlxalq hüquqa əsasən təcavüz kimi müəyyən edilən, başqa ölkənin suverenliyini pozan və özünümüdafiə məqsədi daşımayan cinayətlərə görə məsuliyyətə cəlb etmək üçün yaradılıb.
Məlumatlı mənbələrə görə, qərar bu gün rəsmən bəyan olunacaq.