BAKI, 11 mart. TELEQRAF

Rusiya və ABŞ Suriyada baş verən hadisələr və mülki şəxslərə qarşı törədilən zorakılıqla əlaqədar Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında qapalı məsləhətləşmələrin keçirilməsini tələb edib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski bildirib.

"Rusiya və ABŞ Suriyada vətəndaşlara qarşı zorakılıqla əlaqədar təcili məsləhətləşmələrin keçirilməsi üçün BMT Təhlükəsizlik Şurasını çağırıblar", - o qeyd edib.