BAKI, 18 fevral. TELEQRAF

Danimarka hərbçilərinin Ukraynaya göndərilməsi ilə bağlı danışmaq hələ tezdir.

Teleqraf “The Guardian”a istinadən xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen deyib.

Baş nazirin sözlərinə görə, ilk növbədə bir çox məsələlərə aydınlıq gətirilməlidir. Xüsusilə, Ukrayna ərazisində “sülhməramlı missiya”da ABŞ-nin rolunun nədən ibarət ola biləcəyini öyrənmək lazımdır.

Fevralın 18-də Parisdə keçirilən toplantıda Avropa ölkələrinin Ukraynaya mümkün dəstəyi ilə bağlı yekun nəticəyə gəlmək mümkün olmayıb. Britaniya və İsveç Avropa qoşunlarının Ukraynaya göndərilməsinin tərəfdarı olsalar da, Almaniya və Polşa buna qarşı çıxıblar.