
BAKI, 16 fevral. TELEQRAF
ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq Ukraynada münaqişənin İkinci Dünya müharibəsində olduğu kimi qələbə ilə bitməyəcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, o, bu barədə Münhen Konfransında çıxışı zamanı danışıb.
O, jurnalistin "Kiyevin qələbə qazanmaq ehtimalı varmı" sualına belə cavab verib.
"Ukrayna cəsarətlə döyüşüb, lakin onun qələbə qazanacağına inanmıram. İlk iş qanaxmanı dayandırmaq, sonra müalicə etməkdir. Plan nə olursa, olsun, diqqətlə düşünməlisən. Əgər Rusiya Ukrayna ilə savaşda İkinci Dünya müharibəsində Almaniya üzərində qazandığı qələbəni təkrarlaya biləcəyini düşünürsə, yanılır. Çox güman ki, bu baş verməyəcək”, - Kelloq vurğulayıb.