BAKI, 27 iyun. TELEQRAF

Ölkəmizdə biznes mühitinin daha da yaxşılaşdırılması, xüsusilə qeyri-neft-qaz sektoruna yeni dövlət dəstəyi alətlərinin tətbiqi və genişləndirilməsi mikro, kiçik və orta biznes subyektlərinin (MKOB) dayanıqlı artımda və iqtisadi şaxələndirmədə əsas dayaq kimi rolunun gücləndirilməsində mühüm rol oynayır.

Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında qeyd edib.

"27 iyun – Mikro, Kiçik və Orta Müəssisələr Günü sahibkarlığın və MKOB-ların qlobal iqtisadiyyatda artan rolunu vurğulamaq üçün bir fürsətdir. Bu müəssisələr inklüziv məşğulluğun təşviqində və qlobal dəyər zəncirlərinə inteqrasiyada əhəmiyyətli paya malikdirlər," - deyə nazir bildirib.