![](https://teleqraf.az/storage/2025/02/13/715x378/1723639678_66bca30e0927666bca30e09277172363854266bca30e0927466bca30e09275.jpg)
BAKI, 13 fevral.TELEQRAF
Fələstin Prezidenti Mahmud Abbas Donald Trampın Fələstin xalqının öz torpaqlarından köçürülməsi təşəbbüsünü Pekinin rədd etməsinə görə Çin sədri Si Cinpinə minnətdarlığını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Fələstinin "WAFA" xəbər agentliyi məlumat yayıb.
"Qəzza zolağında fələstinlilərin hər hansı yerdəyişməsini və ya kollektiv cəzalandırılmasını rədd edən mövqeyinizə görə təşəkkür edirik", - M.Abbas belə deyib.
O, Çinin beynəlxalq ictimaiyyəti gərginliyi dayandırmaq və fələstinli mülkiləri qorumaq üçün səyləri artırmağa çağırmasını, həmçinin Fələstin məsələsinin beynəlxalq hüquqa uyğun olaraq sülh və ədalətli həllinə nail olmaq üçün çalışmaq çağırışını alqışlayıb.
Xatırladaq ki, fevralın 12-də Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun Çin hakimiyyətinin HƏMAS və İsrail arasında atəşkəsdən sonra Qəzza sakinlərinin zorla köçürülməsi planına qarşı olduqlarını söyləmişdi.