BAKI, 11 fevral. TELEQRAF

Ukraynanın Liman şəhəri istiqamətində Rusiya ordusunun nadir döyüş texnikası – “Smerç-2” reaktiv yaylım atəşi sistemi məhv edilib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Xortitsa” strateji qoşun qrupu məlumat yayıb.

Sistem yerləşdirildiyi “Ural” markalı yük maşını ilə birlikdə sıradan çıxarılıb.

“Smerç-2”nin raketinin kütləsi 113.6 kiloqram, uçuş sürəti saniyədə 300 metrə qədərdir. Maksimal məhvetmə məsafəsi 5230 metrə çatır.