![](https://teleqraf.az/storage/2025/02/12/715x378/2021-12-06t124937z_832109498_rc2y8r9jqe3t_rtrmadp_3_usa-russia-biden-putin-pic_32ratio_900x600-900x600-87200.jpg)
BAKI, 11 fevral. TELEQRAF
Hazırda ABŞ hakimiyyətinin Ukraynadakı münaqişəyə son qoymaq üçün konkret planı yoxdur.
Teleqraf xəbər verir ki, adı açıqlanmayan avropalı məmur "Fox News"a deyib.
“Münaqişəyə son qoymaq üçün bütün variantlar nəzərdən keçirilir. Hərəkət istiqamətini ABŞ Prezidenti Donald Tramp müəyyən edəcək”, - o qeyd edib.
Onun fikrincə, Tramp, Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski arasında danışıqlar çətinliklə baş tutacaq. Rəsmi əlavə edib ki, sanksiyaların sərtləşdirilməsi üçün çoxlu imkanlar var.