![](https://teleqraf.az/storage/2025/02/11/715x378/tulay-hatimogullari-oruc-dem-parti-zaten-bir-turkiye-partisi-qcg7.jpg)
BAKI, 11 fevral. TELEQRAF
PKK terror təşkilatının lideri Abdullah Öcalanın gözlənilən çağırışı fevral ayı ərzində baş tutacaq.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin müxalif Xalqların Bərabərliyi və Demokratiya Partiyasının (DEM) həmsədri Tülay Hatimoğulları məlumat verib.
“Çağırış fevralın 15-dək yetişməyə bilər, amma ay ərzində olacaq”, - partiya rəsmisi bildirib.
Qeyd edək ki, Öcalanın rəhbərlik etdiyi terror təşkilatını silahlı mübarizəni dayandırmağa və ya tərksilah olmağa çağıracağı gözlənilir. PKK-ya bağlılığı ilə tanınan DEM bundan əvvəl Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının bu barədə təklifinin Öcalan tərəfindən qəbul edildiyini açıqlamışdı.