BAKI, 12 fevral. TELEQRAF

İsrail Müdafiə Qüvvələri cənub istiqamətində döyüş hazırlığını artırıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Qəzza zolağına bitişik ərazilərinə cavabdeh olan Cənub Hərbi Komandanlığı məlumat yayıb.

Bildirilir ki, döyüş hazırlığı əlavə qoşunlarla, o cümlədən ehtiyatda olan qüvvələrlə daha da gücləndirilib.