BAKI, 12 fevral. TELEQRAF

Avropa Komissiyasının (AK) rəhbəri Ursula Fon der Leyen Ukraynaya dəstəyin davam etdirilməsi üçün birliyin zəruriliyini vurğulayıb.

Teleqraf xəbər verir ki, bu barədə o, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens ilə görüşü zamanı deyib.

Avropa Komissiyasının məlumatına görə, Ursula For der Leyen Ukraynaya sarsılmaz dəstəyin göstərilməsi üçün vahid mövqedə dayanmağın vacibliyini bildirib.