BAKI, 12 fevral. TELEQRAF

Rusiyaya məxsus hərbi təyyarənin Polşa sərhəddini pozduğu iddia edilir.

Teleqraf xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin əməliyyat komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.

Departamentdən bildirilib ki, fevralın 11-də Bakı vaxtı ilə saat 17:09-da Su-24MR təyyarəsi Qdansk körfəzinin şərq hissəsində 6,5 km dərinlikdə Polşa hava məkanına daxil olub və orada 1 dəqiqə 12 saniyə qalıb.