![](https://teleqraf.az/storage/2025/02/12/715x378/63-pic_32ratio_900x600-900x600-35920.jpg)
BAKI, 12 fevral. TELEQRAF
Rusiyada Nenets Muxtar Dairəsindən olan bələdiyyə üzvü narkotik maddə alarkən yaxalanıb.
Teleqraf yerli KİV-lərə istinadən xəbər verir ki, 37 yaşlı Dmitri içərisində mefedron olan bağlamanı alarkən saxlanılıb.
Məlumata görə, bələdiyyə üzvü internet vasitəsilə 30 qrama yaxın qadağan olunmuş maddə sifariş edib və paketi götürməyə gəlib.
Dmitri bildirib ki, o, mefedronu şəxsi istifadə üçün alıb. Onu 3 ilə qədər həbs gözləyir.