![](https://teleqraf.az/storage/2025/02/11/715x378/1739286581_zser.jpg)
BAKI, 11 fevral. TELEQRAF
Böyük Britaniya Rusiyanın "Zservers" şirkəti və onunla əlaqəli olan 6 şəxsə qarşı sanksiyalar tətbiq edib.
Teleqraf xəbər verir ki, siyahıya Böyük Britaniyada yerləşən "Xhost Internet Solutions" provayderi də daxildir. Onun ön şirkəti olan "Zservers"ə məxsus olduğu iddia olunur.
Şəxslərə gəlincə, onların hamısının Böyük Britaniyaya girişi qadağan edilib və Britaniya banklarındakı hesabları dondurulacaq.
Britaniya Xarici İşlər Nazirliyi iddia edir ki, Barnaulda qeydiyyatda olan "Zservers" Avstraliyanın tibbi sığorta şirkəti "Medibank Private Limited"dən oğurlanmış şəxsi məlumatların sızmasında iştirak edir.
Eyni zamanda, fevralın 11-də ABŞ Maliyyə Nazirliyi də "Zservers"ə qarşı sanksiyalar tədbiq edərək, Avstraliyanın dabuna məhdudiyyətlərə qoşulduğunu açıqlayıb.