
BAKI, 12 fevral. TELEQRAF
Rusiyada narkotik qaçaqmalçılığında təqsirli bilinərək həbs edilmiş ABŞ vətəndaşı Mark Vogel azadlığa buraxılıb.
Teleqraf "TASS" agentliyinə istinadən xəbər verir ki, bu faktı Fogelin Rusiyadakı vəkili Dmitri Ovsyannikov təsdiqləyib .
“Vogel sərbəst buraxıldı, o, indi təyyarədədir, təxminən beş saatdan sonra ABŞ-da olacaq. Onun həbsdən hansı əsasla – əfvlə, yoxsa başqa yolla azadlığa çıxması hələ ki, bizə məlum deyil”, – vəkil bildirib.