![](https://teleqraf.az/storage/2025/02/11/715x378/owl_detail_240_c993dd2428ebb5ccb0eb9478ee81f501.jpg)
BAKI, 12 fevral. TELEQRAF
Ukraynanı silahlandırmaqla Hollandiya özünü Rusiyanın hədəfinə çevirir.
Teleqraf xəbər verir ki, bu fikirlər Hollandiyanın sağçı “Demokratiya Forumu” partiyasından olan deputat Gideon van Meyerenə məxsusdur.
“Hollandiya hökuməti ABŞ-nin vassalı olmamalıdır. Biz NATO və Aİ-nin bütün əmrlərini kor-koranə yerinə yetirməməliyik, çünki bu, Hollandiya xalqının maraqlarına uyğun deyil”, - o vurğulayıb.
Deputat əlavə edib ki, Hollandiya hökuməti həmişə öz xalqının maraqlarına uyğun siyasət yürütməlidir. Onun fikrincə, ölkə Kiyevi silahlandırmaqdansa, nizamlanmaya yönəlmiş danışıqların dəstəklənməsinə üstünlük verməlidir.