![](https://teleqraf.az/storage/2025/02/12/715x378/20211030_gaf_u39_642-pic_32ratio_900x600-900x600-48334.jpg)
BAKI, 12 fevral. TELEQRAF
Siciliyada "Cosa Nostra" qrupunun 150 üzvü həbs edilib.
Teleqraf "The Guardian"a istinadən xəbər verir ki, bu 1984-cü ildən bəri "Cosa Nostra"ya qarşı keçirilən ən böyük əməliyyatdır.
Palermo və onun ətrafında keçirilən əməliyyatda 1200-dən çox polis əməkdaşı iştirak edib.
Ümumilikdə 183 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, onlardan 36-sı daha öncə saxlanılıb.
Qeyd edək ki, "Cosa Nostra" gəlirinin böyük hissəsini narkotik ticarətindən əldə edir və bu sahədə digər Siciliya qrupları ilə əməkdaşlıq edir.