![](https://teleqraf.az/storage/2025/02/12/715x378/upload-20240218_gaf_u39_031-pic_32ratio_900x600-900x600-41389.jpg)
BAKI, 12 fevral. TELEQRAF
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens fevralın 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.
Teleqraf xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, konfransda ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq da iştirak edəcək.