BAKI, 9 fevral. TELEQRAF
İsrail və Fələstinin "HƏMAS" hərəkatı arasında atəşkəs Qəzzada aclığın qarşısını almağa kömək etdi, lakin vəziyyət qeyri-sabit olaraq qalır.
Teleqraf xəbər verir ki, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə hallar üzrə koordinator Tom Fletçer "Associated Press" agentliyinə müsahibəsində deyib.
“Hesab edirəm ki, aclıq təhlükəsinin qarşısı böyük ölçüdə alınıb. Qidalanma səviyyəsi atəşkəsdən əvvəl olduğundan aşağıdır. Vəziyyət hələ də dəhşətlidir və insanlar hələ də acdırlar”, - deyə o bildirib.
Fletçer bildirib ki, atəşkəs pozularsa, Qəzzada aclıq yenidən başlayacaq.