İsrailin Beyruta endirdiyi zərbə nəticəsində öldürülən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandir müavini Abbas Nilfuruşanın sabah İraqın Nəcəf və Kərbəla, İranın Məşhəd şəhərində vida mərasimi keçiriləcək.

Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Məlumata görə, oktyabrın 15-də isə Tehranda da general üçün vida mərasimi təşkil ediləcək.

Oktyabrın 16-da isə Abbas Nilfuruşan İsfahanda dəfn olunacaq.

Qeyd edək ki, Abbas Nilfuruşan sentyabrın 27-də İsrailin Beyruta endirdiyi zərbə nəticəsində Hizbullah lideri Həsən Nəsrullahla birlikdə öldürülmüşdü. Nilfuruşanın meyiti uzun müddət idi ki, tapılmırdı.