ABŞ-də ziyafət mərasimində atışma olub.

Teleqraf.com xəbər verir ki, hadisə ötən gecə Filadelfiyada qeydə alınıb.

Gecə saat 02.00 radələrində ümumilikdə 150-yə qədər insanın iştirak etdiyi mərasimdə atışma nəticəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb.

Polis atəş açanların bir neçə nəfər olduğunu açıqlayıb. Şübhəli şəxslər hələ saxlanılmayıb.