
“Boko Haram” terror qruplaşması Nigeriyanın şimalında yerləşən Baqa şəhərinə od vurub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, terrorçuların hücumu nəticəsində 2 min nəfərin öldürüldüyü bildirilib.
Bununla bağlı Bağa şəhər yerli administrasiya rəsmisi Musa Alhaji Bukar açıqlama verib. Onun sözlərinə görə, şəhər hazırda xarabalığı xatırladır.
Bukar həmçinin qeyd edib ki, 10 min əhalisi olan şəhərdə hazırda heç kim qalmayıb.
Samir