BAKI, 23 sentyabr. TELEQRAF
“Metsamor” Atom Elektrik Stansiyasının (AES) istismar müddəti başa çatmağa yaxınlaşır, bu səbəbdən yeni AES-lə bağlı qərar qəbul edirik”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Bu baxımdan müxtəlif tərəfdaşlarla - ABŞ, Rusiya, Çin, Fransa, Cənubi Koreya ilə danışıqlar aparırıq. Yeni atom elektrik stansiyasının tikintisinə başlamaq üçün ən yaxşı təklifləri axtarırıq”, - Baş nazir əlavə edib.