Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla BMT Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, tərəflər Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar böhranın həlli istiqamətində müzakirə aparıblar.
Ərdoğan Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracı üçün birgə səyləri davam etdirdiklərini bildirib.