Ukraynalı siyasətçi Viktor Medvedçukun həyat yoldaşı Oksana Marçenko ərinin azad edilməsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ona kömək edəcəyinə əmin olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, o, Ərdoğanı “Avropanın yeganə müstəqil siyasətçisi” adlandırıb.
“Ərdoğanı Avropada yeganə müstəqil siyasətçi hesab edirəm. Bundan əlavə, o, Ukrayna və Rusiyanın böyük dostu olduğunu dəfələrlə bəyan edib. Əminəm ki, Ərdoğan kimi güclü prezident öz təsir imkanlarından istifadə edəcək”, - Oksana bildirib.
Bir neçə gün əvvəl Ukrayna Təhlükəsizlik Xidməti Medvedçukun saxlanıldığını açıqlayıb. Rusiya lideri Vladimir Putinə yaxınlığı ilə seçilən Medvedçuk vətənə xəyanətdə ittiham olunur.