Ukraynanın şərqindəki hadisələr Rusiyanın buraya Krımdan quru yolunun təmin edilməsi ilə bağlı planlarının hələ də məhv olmadığını göstərir.
Axar.az Obozrevatel.com-a istinadən xəbər verir ki, bu açıqlama ilə ukraynalı general-polkovnik Anatoli Lopata çıxış edib.
O, Rusiyanın Krımla Ukraynanın şərqi arasında quru yolunun qışda Moskva tərəfindən təmin olunacağını bildirib.