Rusiya terrorçuluğa qarşı mübarizə üçün beynəlxalq səylərin birləşdirilməsini təklif edir.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildiyib. Onun sözlərinə görə, hazırda dünyada ciddi dəyişiklər nəticəsində ziddiyyətlər baş verir: “Qlobal və regional təhlükəsizlik sistemi zəifləyir. Bu Yaxın Şərqdə və Şimali Afrikada özünü qabarıq göstərir. Regionda sabitliyin pozulması bütövlükdə beynəlxalq aləm üçün ciddi problemlər yarada bilər”.
Lavrov İraq, Suriya, Misir, İordaniya və digər region ölkələrində terrorizmlə mübarizənin gücləndirilməsinin vacibliyini qeyd edib.
Samir