Misirin şimalındakı Sina rayonuna təşkil edilən hücumda həyatını itirənlər üçün ölkədə 3 günlük matəm elan edilib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə qərarı Misir prezidenti Əbdul- Fəttah Əs-Sisi verib.

O, Milli Təhlükəsizlik Şurasının bu günkü iclasında hücumda həyatını itirənlərin intiqamının alınacağını bildirib. Sisi müxtəlif yerlərdə təşkil olunan hücumlarda həyatını itirənlərin ailələrinə başsağlığı verərək, təcavüzkarların bunun bədəlini ödəyəcəyini vurğulayıb.

Prezident hücumun ölkənin təhlükəsizliyini və sabitliyini həfədə aldığını qeyd edib. Onun sözlərinə görə, baş vermiş hadisə misirlilərin terrorla mübarizə əzmini və iradəsini azaltmayacaq.

Samir