Ukrayna prezidenti Petro Poroşenkonun xanımı Marina Poroşenko ötən gün "Alfa" antiterror bölməsinin müşayiəti ilə separatçılarla təmas xəttinə yaxın döyüş əməliyyatları zonasında olub.
Teleqraf.com-un UNİAN-a istinadən məlumatına görə, Marina Poroşenko Veteranlarının Beynəlxalq Assosiasiyasının “Ürək hərarəti ilə” xeyriyyə aksiyasında iştirak edib.
O, səfəri çərçivəsində silahlı qüvvələrin zabit və əsgər heyəti ilə görüşub. Xanım Poroşenko terrorçuluğa qarşı əməliyyatın keçirilməsinin zonasına humanitar yardımı çatdırıb.
Nail Cəlil