İraqda eks-prezident Səddam Hüseynin hakimiyyəti dövrünə məxsus Qərb istehsallı kimyəvi silahlar tapılıb.
Teleqraf.com itar-tass.com-a istinadən xəbər verir ki, axtarışları 17 amerikalı hərbiçi və İraqın 7 polisi aparıb. Silahların bir müddət əvvəl tapıldığı iddia edilən məlumatlarda onların üzə çıxarılmamasına səbəb kimi ABŞ hökumətinin əlində kifayət qədər sübutun olmamasını göstərir.
Bu barədə məlumatlar ABŞ-ın nüfuzlu mətbu orqanı olan "Nyu-York Tayms" qəzetində çap olunub. Yayılan xəbərlərdə kimyəvi silahların 1991-ci il istehsallı olduğu bildirilir. Həmçinin qeyd edilir ki, 2004-2011-ci illər aralığında axtarışlar nəticəsində 5 min ədəd kimyəvi silah, o cümlədən mərmilər və aviasiya bombaları tapılıb.
Samir