Ukrayna prezidenti Petro Poroşenko müdafiə naziri Valeri Qeleteyin istefa barədə raportunu qəbul edib.
Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Poroşenko vurğulayıb ki, hərbi rəhbərliyi dəyişməyin vaxtı çatıb. O, sabah parlamentə yeni nazirin təyinatı ilə bağlı təqdimat göndərəcək.
Ukrayna dövlət başçısı parlamentin bu məsələni uzatmayacağı və təklifin Ali Radanın oktyabrın 14-də keçiriləcək sessiyasında dəstəklənəcəyinə ümid etdiyini bildirib.
Nihad