İsrailin Qəzzanı blokadada saxlaması qeyri-qanunidir.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatı Fələstinli Qaçqınlara Yardım Təşkilatının Ali komissarı Pyer Kraehenbühl açıqlayıb. Onun sözlərinə görə, İsrailin əsas vəzifəsi bu blokadaya son qoymaqdır.

Bu sözləri Ali komissar Qəzzanın yenidən abadlığı üçün Misirin paytaxtı Qahirədə keçirilən konfransda bildirib. O qeyd edib ki, bu konfrans Qəzzadakı vəziyyətin yaxşılaşması üçün mühüm addım olacaq.

Samir