Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığı İraqın Sincar şəhərində təcrid olan sakinlərə humanitar yardımın göstərilməsi kadrlarını yayıb

ABŞ hərbi qüvvələrinə məxsus bir ədəd C-17 və iki ədəd C-130 karqo təyyarəsindən Sincar sakinlərinə 72 paket yardım atılıb. Yardım paketlərində 3804 şüşə içməli su və 16128 qabda hazır yemək olub.

ABŞ-la yanaşı, Böyük Britaniya da hərbi-hava qüvvələrinin Sincar dağları ərazisinə su konteynerləri və günəş lampaları atdığını açıqlayıb.

/anspress/