BAKI, 16 oktyabr. TELEQRAF

Bu ilin səkkiz ayı ərzində ölkədə 40191 ölüm halı qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (5,9) qalıb.