BAKI, 16 oktyabr. TELEQRAF

Cari ilin yanvar-avqust aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 56404 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,3-dən 8,2-yə düşüb.

Teleqraf xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.

Məlumata görə doğulan körpələrin 53,2 faizi oğlan uşaqları, 46,8 faizi isə qız uşaqları olmuşdur. Doğulan körpələrdən 1902-si əkiz, 69-u isə üçəm olub.