BAKI, 16 oktyabr. TELEQRAF

"Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən 1 oktyabr tarixədək işğaldan azad edilmiş ərazilərə 40520 nəfər keçmiş məcburi köçkün geri qayıdıb.

Teleqraf xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.

Bununla da işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 96068 nəfər təşkil edib.